Fahriyə Evcəndən ETİRAF - "Burak..."

Fahriyə Evcəndən ETİRAF - "Burak..."

Bodrum tətilindən qayıdan məşhur cütlük Burak Özçivit və Fahriye Evcəndən yeni xəbər var.

Big az türk mediasına istinadən xəbər verir ki, sevilən cütlük dünən axşam gözəl məkanda yemək yeyib. Bodrum tətilindən qayıdan cütlük tətillərinin necə keçməsi sualına cavab verib: "Tətilimiz çox gözəl keçdi, bu aralar hələki dincəlirik, ailəlikcə çox yaxşıyıq".

Keçən aylarda bir yaşına addım atan oğlu Karan haqqında danışan Fahriye Evcen "Analıq çox gözəl bir hissdir, hər şey yaxşıdır. Təbii ki, ilk zamanlar çox yorucu idi, amma indi artıq alışmışıq" deyə etiraf edib.

Burak Özçivitin necə ata olduğunu sualına isə cavab verən gözəl aktrisa "Burak möhtəşəm atadır" deyərək həyat yoldaşına təriflər yağdırıb. Karanın isə kimə oxşadığı mövzusu haqqında deyilən fikirlərə cavab verən cütlük "Gündən-günə dəyişir. İnşallah sizində uşağınız olduğu zaman anlayarsınız" deyib.




Fidan Bayramova

 

Mənbə: big.az