"Toy olmamalıdırsa, demək evdə oturmalıyıq"

"Toy olmamalıdırsa, demək evdə oturmalıyıq"

Roza Zərgərli deyib ki, hamı qanunlara əməl etməlidir

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin uzadılması vətəndaşların bir qismində narazılığa səbəb olub. Əsasən də daim göz qabağında olan şou əhli etirazları ilə diqqət çəkib.

Onlar maddi durumlarının ağırlaşdığını söyləyirlər. Sosial şəbəkə platformalarında problemlərini dilə gətirən məşhurlar izləyicilərin tənqidinə tuş gəlib. İnsanların əksəriyyəti onları bu çıxışlarına görə qınayaraq, vəziyyəti daha ağır olan, min-bir əziyyətlə çörək pulu qazanan ailələri misal göstərib.

İmkanı olmayan vətəndaşlar belə bütün tədbirlərin sağlamlığımız üçün həyata keçirildiyini dərk edib, vəziyyətlə barışmışkən müğənnilərin bahalı maşınlarından, dəbdəbəli evlərindən videolar çəkib etiraz etməkləri düzgün qarşılanmır.

Həmkarlarının etiraz çıxışları ilə bağlı “Sherg.az”a danışan tanınmış müğənni Roza Zərgərli qanunun hamı üçün olduğunu söyləyib:

“Qərar qəbul edilibsə, toy olmamalıdır, evdə oturmalıyıq. Deməli, oturmalıyıq!”.

Mənbə: sherg.az