Azərbaycanlı vəkil: “ Yefremov gündə bir saat gəzməlidir”

Azərbaycanlı vəkil: “ Yefremov gündə bir saat gəzməlidir”

Rusianın tanınmış aktyoru Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev müvəkkilinin sağlamlıq səbəbi ilə gəzintilərə ehtiyacı olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Girov və ya bu kimi bir şey haqqında danışmırıq. Ev dustaqlığı qalsın. Ancaq Yefremovun gündə bir saat gəzməsinə icazə verilməsini xahiş edirik. Sağlamlığına görə buna ehtiyacı var” deyib.

Bundan əvvəl, RT telekanalı sənətkarın Moskvanın mərkəzində qəza törətməkdə günahını etiraf etdiyi 17 iyun dindirilməsinin protokolunu əldə edib.

İyulun sonunda Moskvanın Presnensk Məhkəməsi Yefremovu iki saatlıq gəzintiyə buraxıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az