Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib

Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 416,514 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 787,6 milyon kilovatt/saata bərabər olub. Bu həcmin 53%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk yeddi ayında Gürcüstan həmçinin Azərbaycandan Türkiyəyə 101,787 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini reallaşdırıb.

Mənbə: azpolitika.info