Aşura günü qanvermə aksiyaları keçiriləcək

Aşura günü qanvermə aksiyaları keçiriləcək

Bu il Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur: "Sosial məsafə saxlanılmaq şərti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək".

Azvision.az
 

Mənbə: azvision.az