"Mən analıq hissindən danışa bilmərəm..." - Övladlığa uşaq götürən əməkdar artist - VİDEO

"Mən analıq hissindən danışa bilmərəm..." - Övladlığa uşaq götürən əməkdar artist - VİDEO

Əməkdar artist Nigar Şabanova bir sıra açıqlamaları ilə hər kəsi kövrəldib.

BiG.AZ xəbər verir ki, Nigarın övladlığa götürdüyü qızı Nəfisə ilə bağlı danışdıqları diqqət çəkib. Belə ki, əməkdar artist bildirib ki, qızını özü dünyaya gətirmədiyi üçün analıq hissindən danışa bilməz:

"Mən o 9ayı yaşamamışam. Dünyaya gətirdiyin o anlar ki, var analıq hissləri keçirirsən. Təhlükə ilə üzləşirsən, öz canının hayında, övladının hayında olursan mən bilmirəm bunları. Tam əminliklə deyirəm ki, mən bu gün analıq hissindən danışa bilmərəm. Amma bilirəm ki, mən Nəfisəsiz yaşaya bilmərəm. O, gece yatır. Bir dəfə anam eşidib ki, gecə səhərə kimi mən onu necə öpürəm. Bu gün mənim elə yaşımdır ki, ailəmlə günümü keçirtmək yaşımdayam. Amma mən qızımla yatıram. Təsəlimi onunla tapıram".



Samirə

 

Mənbə: big.az