ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir

ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir

ABŞ hərbçilərinin Polşadakı iştirakını gücləndirən Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə “Twitter”də ABŞ-ın Polşadakı səfiri Corcetta Mosbaxer məlumat verib.

Qeyd olunub ki, bu saziş bu gün paytaxt Varşavada Polşa Prezidenti Anjey Duda, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariuş Blaşakın iştirakı ilə imzalanıb.

Səfir bildirib ki, saziş ABŞ-ın Polşadakı hərbi iştirakının gücləndirilməsinə və uzadılmasına xidmət edəcək.

Qeyd edək ki, iki ölkə arasında razılaşma hələ iyulun 31-də əldə olunmuşdu.

Mənbə: azpolitika.info