“Eldar Həsənovun həbsi bununla bağlı ola bilər...” – İsa Qəmbər

“Eldar Həsənovun həbsi bununla bağlı ola bilər...” – İsa Qəmbər

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər keçmiş Baş prokuror, səfir Eldar Həsənovun həbs olunmasına qısa münasibət bildirib.

O, "AzPolitika.info"-ya açıqlamasında deyib ki, hakimiyyət E.Həsənovun həbsini korrupsiya əməlləri ilə bağlayır: "Amma hakimiyyətdə korrupsiyaya bulaşmamış kimsə olmadığı üçün bu həbsin əsas səbəbi hakimiyyətdaxili yenilənmə xəttinə daha əlverişli şərait yaratmaq istəyi ola bilər. Biz MSDM olaraq prosesi diqqətlə müşahidə edirik".

"AzPolitika.info"

Mənbə: azpolitika.info