TÜRKSOY Türk dünyasında 2020-ci ili “Abay Kunanbayev ili” elan edib

TÜRKSOY Türk dünyasında 2020-ci ili “Abay Kunanbayev ili” elan edib

TÜRKSOY Türk dünyasında qazax yazılı ədəbiyyatının banisi, dilçi, şair, tərcüməçi, bəstəkar, ictimai xadim Abay Kunanbayevin doğumunun 175-ci il dönümü ilə bağlı Türk dünyasında 2020-ci ili “Abay Kunanbayev ili” elan edib.

ABAY (İbrahim) Kunanbayev (Абай (Ибраhим) Құнанбайұлы; ا

10.08.1845, Jidebay, Semipalatinsk – 06.07.1904, Jidebay, Semipalatinsk) –

yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır; əsərlərinin dili rusca və qazaxcadır.

ABAY maarifçi liberal İslamın əsasında qazax mədəniyyətinin rus və Avropa mədəniyyət(lər)i ilə yaxınlaşması tərəfdarı olub.

O, qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirib, ona yeni ictimai məzmun gətirib. Təmiz, saf məhəbbəti tərənnüm edib, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl örnəklərini yaradıb.

Əsl adı İbrahim olsa da, anasının ona verdiyi “ABAY” diqqətli, ehtiyatlı ləqəbi ömrü boyu onun adı kimi işlənib və o bütün dünyada bu adla tanınıb.

ABAY ilk təhsilini mollaxanada alıb, sonra rus məktəbində davam etdirib; atası onu dövlət orqanlarında işə duzəltmək istəyib, amma ABAYın yolu başqa idi… O, qazax ədəbiyyatının ustadı olub; həmçinin rus və qazax dillərinə çevirmələri ilə yadda qalıb. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırıb. Bu qaynaqları brlə sıralamaq olar:

1. Şərq ədəbiyyatı, o cümlədən Azərbaycan ədəbiyyatı (NİZAMİnin yaradıcılığı);

2. Rus və Avropa ədəbiyyatı;

3. Qazaxı şifahi xalq ədəbiyyatı.

ABAY 12 yaşından şeir yazmağa başlayıb, lakin 40 yaşına qədər müəllifliyini gizlədib. Sağlığında şeirləri şifahi və əlyazması şəklində yayılıb. İlk kitabı Sankt-Peterburqda (qazax dilində) çap olunub (1909). Ədəbi irsi satirik, lirik şeir və poemalardan (“Masqud”, “Əzim haqqında nağıl”, “İsgəndər”), bədii-fəlsəfi nəsr əsərlərindən (“Əqliyyə”) ibarətdir. Artıq vurğuladığımız kimi, ABAY qazax ədəbiyyatına yeni mövzular (sosial ədalətsizliklərin tənqidi, antiklerikal motivlər, sənətkarın qayəsi haqqında fikirlər), yeni şeir formaları (müsəddəs, məsnəvi) gətirib. ABAY həm də istedadlı bəstəkar olub, şeirlərinə musiqi bəstələyib.

Çağdaşları “Əqliyyə”ni ABAY yaradıcılığının zirvəsi hesab edir. Mütəfəkkir ədibin bu əsəri cavanlara ünvanlanıb. O, burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışıb. ABAY bu əsərində xalqa müraciət edərək, “Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edir, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı”… deyir. “Əqliyyə” əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqın durumuna acıyır.

ABAY yaradıcılığı XX yüzildə özəlliklə tədqiq edilib, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılıb; ünlü qazax ədəbi Muxtar Auezovun “Abay Yolu” əsəri həm öz müəllifinə böyük şöhrət (və Dövlət Mükafatı) qazandırıb, həm ABAYı yenidən tədqiqata, diqqətə cəlb edib.

Qardaş Qazaxıstanın bir çox küçə və meydanı, müəssisəi ABAYın adını daşıyır. ABAYın adına Bakıda da küçə var.

Qazax ədəbiyyatının klassikinin əsərləri Azərbaycanda dəfələrlə çap edilib. Bu il “Qara kitab” və seçilmiş əsərləri azərbaycanca gün üzü görüb.

RUHU ŞAD OLSUN

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

 

 

Mənbə: moderator.az