Emil Rəhmanoğlunun dəfn olunacağı yer açıqlandı - ÖZƏL

Emil Rəhmanoğlunun dəfn olunacağı yer açıqlandı -

Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Əməkdar artist Rəhman Rəhmanovun 44 yaşlı müğənni oğlu Emil Rəhmanoğlu dünyasını dəyişib.

Müğənninin həyat yoldaşı Sabrina xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, Emil bu gün Biləcəri ərazisində yerləşən qəbristanlıqda torpağa tapşırılacaq.


Qeyd edək ki, E.Rəhmanoğlunun ölümünə səbəb damar tıxanıqlığı olub. R. Rəhmanın digər oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.

Mənbə: bizim.media