Türkiyənin məşhur aktyorunu görənlər tanımaqda çətinlik çəkdilər-FOTO

Türkiyənin məşhur aktyorunu görənlər tanımaqda çətinlik çəkdilər-FOTO

1990-2000-ci illərdə Türkiyədə çox məşhur olan teatr və kino aktyoru Mehmet Ali Alabora paylaşdığı bir foto ilə yenidən gündəmə gəlib.

Open.az xəbər verir ki, uzun müddətdir İngiltərədə yaşayan məşhur aktyor sosial media hesabından saçlı-saqqallı fotosunu paylaşıb.

İzləyiciləri 42 yaşlı Mehmet Ali Alaboranın yaşından daha böyük göründüyünü yazıblar və bildiriblər ki, aktyor özünə diqqət etməlidir.

Qeyd edək ki, sənətkar ailəsində doğulan Mehmet Ali Alaboranın atası, aktyor Mustafa Alabora, anası isə tanınmış aktrisa Betül Arımdır.

Mehmet Ali Alabora 1999-2002-ci illərdə çəkildiyi "Yılan hikayesi" serialı ilə məşhurluğunun zirvəsinə çıxıb. Belə ki, o illərdə "Yılan hikayesi" serialında "Memoli" obrazını canlandıran Mehmet Ali Alabora, serial başa çatdıqdan sonra da Memoli kimi təqdim edilməyə, tanınmağa başlanıb.

Mənbə: open.az