Ərdoğan Türkiyə tarixinin ən kritik seçkisi haqda: "Qalmaqallarla önümüzü kəsməyə çalışırlar"

Ərdoğan Türkiyə tarixinin ən kritik seçkisi haqda: "Qalmaqallarla önümüzü kəsməyə çalışırlar"<span class="qirmizi"></span>

"İntriqa, hay-küy, Bizans tipli taxt-tac davası bitmir ki, bitmir...Kimin hansı kresloda oturacağı ilə bağlı dava edirlər. Görüşlər keçirirlər, amma meydançada bizimlə yarışacaq bir adam belə tapa bilmirlər".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli Genişləndirilmiş Məşvərət Məclisində deyib.

Ərdoğan müxalifət cəbhəsinə səslənərək bildirib:

"Keçmişdə dediklərini inkar etmək hesabına bizi ələ salırlar. Siyasi səhnədə bizimlə mübarizə aparmağa cəsarət etmədiklərinə görə 15 il əvvəlki hüquqi qalmaqallarla önümüzü kəsməyə çalışırlar. Hər həftə yeni bir bəhanə gətirirlər. Nə siyasi hoqqa çıxarsalar da, bizimlə millətimizin arasına girə bilməzlər. Nə qədər qaçsalar da, seçki qutusunda hesabat verməkdən qaça bilmirlər".

O qeyd edib ki, müxalifət siyasi fırıldaqlardan kömək ummaqdansa, mayın 14-də seçki qutusunda iqtidarla rəqabət aparacaq birini tapsınlar.

"Ümid edirəm ki, mayın 14-ü bazar günü Türkiyə tarixinin ən kritik seçkilərindən birini yaşayacaq" - deyə Ərdoğan vurğulayıb.

 

Mənbə: teleqraf.com