Zaqatalaya qonaq gələn uşağı it dişlədi

Zaqatalaya qonaq gələn uşağı it dişlədi<span class="qirmizi"></span>

Zaqatalaya qonaq gələn 8 yaşlı uşağı it dişləyib.

Lent.az-ın məlumatına görə, axşam saatlarında Hacıqabul rayon sakini, 2015-ci il təvəllüdlü Elnur Elmar oğlu Axundzadə it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı itin Zaqatala şəhərinə qonaq gələn 8 yaşlı E. Axundzadəyə hucum edərək onun sağ ayağına xəsarət yetirdiyi məlum olub. Pasientə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Mənbə: lent.az