İtaliyanın İrandakı səfirliyi Azərbaycan səfirliyində baş verən terrora münasibət bildirib

İtaliyanın İrandakı səfirliyi Azərbaycan səfirliyində baş verən terrora münasibət bildirib<span class="qirmizi"></span>

İtaliyanın Tehrandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın İrandakı səfirliyinin tviter hesabında bununla bağlı qeyd olunub: “Səfirliyin binasına və işçilərinə qarşı həyata keçirilən qəddar hücuma görə Azərbaycanın Tehrandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk”.

Nihad Budaqov

Mənbə: azertag.az