Ukrayna vətəndaşlarını qəbul etməyə hazırıq, lakin...

Ukrayna vətəndaşlarını qəbul etməyə hazırıq, lakin...<span class="qirmizi"></span>

Belarus Ukrayna vətəndaşlarını sərhəddəki keçid məntəqələri vasitəsilə qəbul etməyə hazırdır, lakin Ukrayna tərəfi bunu qəbul etmir.

Axar.az xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri, general-leytenant Anatoli Lappo deyib.

“Biz nəzarət-buraxılış məntəqələrində stasionar rejimdə xidmət göstəririk. Biz insanları qəbul etməyə hazırıq və onları qəbul edirdik. Lakin Ukrayna tərəfi bunu istəmir. Biz heç kimə qarışmırıq - biz xoş xasiyyətli insanlarıq, qonaqları həmişə məmnuniyyətlə qarşılayırıq", - Lappo bildirib.

Lapponun sözlərinə görə, Ukrayna Belarusla sərhədə yaxınlaşan yerləri minalayıb və bir neçə körpünü partladıb.

Mənbə: axar.az