Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

Çin tibb tarixində daha bir ilkə imza atdı:   Cəmi 8 saata...

Çinin şərqində yerləşən Suzhou Ruihua Ortopedik Xəstəxanasının cərrahları dünyada ilk dəfə hər iki aşağı ətrafın bud səviyyəsində yenidən əkilməsi ilə bağlı unikal əməliyyat həyata keçiriblər.

Prosedur, təxminən səkkiz saat davam edib.

51 yaşlı xəstə 2024-cü ilin sonlarında fabrikdə baş verən qəza nəticəsində hər iki ayağını itirib.
Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra onun vəziyyəti müsbət istiqamətdə dəyişib.
Xəstə hazırda evində gəzinti aparatının köməyi ilə hərəkət edə bilir. Həmçinin topuqlardan yuxarı nahiyədə hissiyyatın qismən bərpa olunduğu bildirilir.
Travma şöbəsinin müdiri Li Çanqsun bildirib ki, sağalma prosesi uğurla davam edərsə, xəstənin təxminən bir-iki il ərzində gəzinti aparatından imtina edərək müstəqil yeriməsi mümkün ola bilər.
"China Press"in məlumatına görə, hazırda reabilitasiya prosesi davam edir.
Qeyd edək ki, bənzər mürəkkəb əməliyyat əvvəllər Rusiyanın Kareliya Respublikasında da həyata keçirilib. Sortavala Mərkəzi Rayon Xəstəxanasının həkimləri sənaye müəssisəsində avadanlığa ilişərək ağır xəsarət alan qızın qolunu xilas ediblər.

Mənbə: www.bakupost.az