COVID-19-a yoluxma sayı bir ayda 52% artıb - ÜST

COVID-19-a yoluxma sayı bir ayda 52% artıb -

2023-cü il noyabrın 20-dən dekabrın 17-dək dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.

Belə ki, 2023-cü il noyabrın 20-dən dekabrın 17-dək olan 28 günlük dövr ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb.
Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı 3 min nəfər olub ki, bu da, əvvəlki ayla müqayisədə 8% azdır.

Mənbə: bizim.media