“Qızılcadan ölənlərin hamısı peyvənd olunmayanlardır”

“Qızılcadan ölənlərin hamısı peyvənd olunmayanlardır”

“Azərbaycanda əhali arasında peyvəndlərlə bağlı düzgün təbliğat işinin aparılmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bəzən peyvəndlərin ziyanlı olması ilə bağlı, xüsusilə gen səviyyəsində insana ziyan vurduğu ilə bağlı fikirlər yayılır: “Hətta həkimlər arasında belə fikirlər var idi. Gərək biz insanları inandıraq ki, əgər övladlarımızın yoluxucu xəstəliklərdən dünyasını dəyişməsini istəmiriksə, bunun bir yolu var. Bu da peyvəndlənmə yoludur. Dünyada peyvəndləmə ilə bağlı belə yanlış fikirlər yoxdur. Amma bizdə belə neqativ fikirlər yayılır”.

Əhliman Miraslanov əlavə edib ki, ölkədə son vaxtlar qızılcadan vəfat edənlərin hamısı peyvənd olunmayan şəxslərdir.

Nizam Rza

Mənbə: qafqazinfo.az