İki dəfə doğulan UŞAQ- Körpə ana bətnindən çıxarılıb əməliyyat olunub yenidən yerləşdirildi

İki dəfə doğulan UŞAQ- Körpə ana bətnindən çıxarılıb əməliyyat olunub yenidən yerləşdirildi

Böyük Britaniyada ana bətnində anadangəlmə qüsur olduğu aşkarlanan körpə, sözün əsl mənasında möcüzə yaşayıb. Həkimlər körpəni 27-ci həftədə ana bətnindən çıxarıb, əməliyyat edib, sonra yenidən ana bətninə yerləşdiriblər. Daha sonra körpə 38-ci həftəlikdə yenidən doğulub.

Spina Bifida xəstəliyi

23 yaşlı Lisaya hamiləliyinin əvvəlində deyilib ki, körpəsində onurğa və onurğa beyni qüsurlarına səbəb olan anadangəlmə spina bifida xəstəliyi inkişaf edib.

Həkimlər körpəni 27-ci həftədə anasının bətnindən çıxarıb və qüsurun bir hissəsini bərpa etmək üçün əməliyyat ediblər. Sonra onu yenidən anasının bətnində yerləşdiriblər və hamiləlik körpə 38 həftəlik doğulana qədər davam edib.

“Gəzmə ehtimalı azdır”

Neonatal Reanimasiya şöbəsində (NICU) səkkiz gün qaldıqdan sonra Lisa körpəsini evə gətirə bilib. Ancaq ailəyə körpənin yeriyə bilmə ehtimalının az olduğunu bildirilib. Yeni doğulmuş körpədə beyninin və onurğasının zədələnməsini bərpa etmək üçün bir neçə əməliyyat keçirilməli olub. Hazırda bir yaşı olan Luka adlı körpə gəzmək üçün fiziyoterapiyaya gedir.

Nadir anadangəlmə qüsur

Həkimlərin sözlərinə görə, bu əməliyyat nadirdir və 1000 uşaqdan birində rast gəlinir. Spina bifidal xəstəliyi olanlar ortalama 40 yaşa qədər yaşaya bilirlər. Bu xəstəliklə yaşamaq çətin olsa da, bunun öhdəsindən gəlməyi bacaran insanlar çoxdur.

Tədqiqatlara görə, İngiltərədə hər il təxminən 600 körpə spina bifida ilə doğulur.

Nuray, Bizim.Media

Mənbə: bizim.media