Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

O, 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.

Mənbə: report.az