ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma 63% artıb

ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma 63% artıb

Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib.

APA xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.

Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

“Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırır. Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır”, - məlumatda deyilir.

Mənbə: apa.az