Xərçəng xəstəliyinin qarşısını almağın sadə üsulu var

Xərçəng xəstəliyinin qarşısını almağın sadə üsulu var

Gün ərzində cəmi 5-6 dəqiqəlik enerji sərf edilən fiziki aktivlik xərçəng xəstəliyinin bəzi növlərinə yoluxma riskini 32 faizə qədər azalda bilər.

Reyting.az bildirir ki, belə bir nəticəyə Sidney Universitetinin alimləri uzunmüddətli araşdırmalardan sonra gəliblər.

Məlumata görə, belə fiziki aktivlik, misal üçün, evdə yemək hazırlamaq, qabları yumaq, təmizlik işləri görmək, paltar ütüləmək kimi işlərin yerinə yetirilməsinə ekvivalentdir.

Alimlər bu üsuldan hər kəsin istifadə edə biləcəyini açıqlayıblar.

Mənbə: reyting.az