Qəzzada aksiya keçirildi

Qəzzada aksiya keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin Qəzza zolağında İsrail rejimi və onunla əməkdaşlıq edən Birləşmiş Ərəb Əmirlikləri ilə Bəhreyn əleyhinə aksiya keçirilib.

 

BMT binası qarşısında toplaşan nümayişçilər Fələstinin azadlığını tələb ediblər.

 

Aksiyada ABŞ əleyhinə şüarlar səsləndirilib və İsrail rejimi bayraqları yandırılıb. Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri hökumətlərinin imzaladıqları razılaşma tənqid olunub.

Mənbə: FIM

Mənbə: eastnews.org