Türkiyə Milli Müdafiə nazirinin müavini: Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq

Türkiyə Milli Müdafiə nazirinin müavini: Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq

Azərbaycan və Türkiyə deyərkən əlavə sözə ehtiyac yoxdur. Bizim üçün Azərbaycan deyəndə o dəqiqə ağıllarda “Bir millət, iki dövlət” kəlamı, Bakıdakı türk əsgərlərinin məzarı canlanır. Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Ehtiyac yaranarsa, o cümlədən Qarabağ probleminin həllində Türkiyə bütün imkanları - hərbi texnikası və ordusu ilə hər zaman qardaş Azərbaycanın yanındadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu ifadə edib.

Azərbaycanla Türkiyənin bütün imkanları dəyərləndirdiklərini bildirən nazir müavini deyib: “Biz Azərbaycanla birik, bərabərik və hər zaman qardaş ölkənin yanındayıq. Türkiyə olaraq bunu hər zaman bütün dünyaya açıq şəkildə bəyan edirik”.

Mənbə: azertag.az