Rusiya qüvvələri Qara dənizdə ABŞ hərbi gəmisini izləyir

Rusiya qüvvələri Qara dənizdə ABŞ hərbi gəmisini izləyir

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi dünən Qara dənizə daxil olan "USS Franklin Ruzvelt" destroyerinin Rusiyanın "Admiral Essen" freqatı tərəfindən izləndiyini bildirib.

 

Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarəetmə Mərkəzinin verdiyi açıqlamada "Qara Dəniz Donanması qüvvələri və nəqliyyatları 15 sentyabr 2020-ci ildə Qara dənizə girən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Franklin Ruzvelt" destroyerinin fəaliyyətini izləməyə başlayıblar", - deyə bildirilib.

 

Açıqlamada "Admiral Essen" freqatının ABŞ hərbi gəmisini yaxından izləməyə götürdüyü qeyd edilib.

Mənbə: Sputnik

Mənbə: eastnews.org