Tramp: "Səudiyyə Ərəbistanı lazımi anda sülh prosesinə qatılacaq"

Tramp: "Səudiyyə Ərəbistanı lazımi anda sülh prosesinə qatılacaq"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti jurnalistlərə Səudiyyə Ərəbistanının tezliklə və lazımi vaxtda sülh prosesinə qoşulacağını söyləyib.

 

Donald Tramp ən azı yeddi-doqquz ölkənin tezliklə sülh dairəsinə qoşulacağını iddia edib:

 

"Səudiyyə Ərəbistanı tezliklə lazımi zamanda sülh prosesinə qoşulacaq. Bu razılaşma Yaxın Şərqdə sülhə yol açır. Heç kim belə bir razılığın mümkün olduğunu düşünmürdü və mən Yaxın Şərq xalqlarını fikir ayrılıqlarını kənara qoymağa çağırdım".

 

Xatırladaq ki, dünən BƏƏ və Bəhreyn səlahiyyətliləri Vaşinqtonda İsrail Baş Naziri və ABŞ Prezidentinin iştirakı ilə İsrail rejimi ilə normallaşma müqaviləsini imzalayıb.

Mənbə: FNA

Mənbə: eastnews.org