Fəzail İbrahimli iclas keçirəcək

Fəzail İbrahimli iclas keçirəcək

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası sentyabrın 16-da keçiriləcək.

Unikal.org-a Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda “2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat” dinləniləcək.

Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədri Fəzail İbrahimlidir.

Hüseyn İsgəndərov

Mənbə: www.unikal.org