Erməni ictimai xadim: “Hakimiyyətin yeganə alət dəsti insanlara təzyiq göstərməkdir”

Erməni ictimai xadim: “Hakimiyyətin yeganə alət dəsti insanlara təzyiq göstərməkdir”

“Əslində hakimiyyət başqa alət dəstinə sahib deyil və onların yeganə alət dəsti insanlara təzyiq göstərmək, təqiblərə məruz qoymaqdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının rəhbəri Narek Samsonyan Ermənistan parlamentinin keçmiş deputatı İşxan Zakaryanın evində axtarış aparılmasına toxunarkən deyib.

Samsonyanın sözlərinə görə, bugünkü hakimiyyət hər şey edib ki, hüquq-mühafizə orqanlarının istənilən fəaliyyəti siyasi qərar kimi müşahidə olunsun.

Alpər Mövludğlu
Ordu.az

 

Mənbə: ordu.az