Rusiya Türkiyə ilə patruldan imtina etdi və İdlibi vurdu

Rusiya Türkiyə ilə patruldan imtina etdi və İdlibi vurdu

Rusiyanın son vaxtlarda İdlibdə yaşayış məntəqələrinə hücumları artıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən gün də rus qırıcıları İdlibin bir neçə yaşayış məntəqəsini hədəfə alıb.

Bildirilir ki, ötən gün Rusiya Türkiyə ilə birgə keçirdiyi patrul fəaliyyətini icra etməkdən imtina edib. Bundan sonra hücumların başlaması isə diqqət çəkib.

Rusiyanın dəstəklədiyi rejimin qış gəlmədən İdlibə hücum təşkil edəcəyi haqda da məlumatlar yayılır.

Mənbə: axar.az