Ermənilər İrəvan-Yerasx avtomobil yolunu bağladılar

Ermənilər İrəvan-Yerasx avtomobil yolunu bağladılar

Ermənistanın Ararat rayonunun Şaumyan kəndinin sakinləri sentyabrın 16-da İrəvan-Yerasx magistral yolunu bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Onlar yetişdirdikləri üzümlərin alınması üçün qoyulan qiymətlərin aşağı olmasından narazılıqlarını bildiriblər və müvafiq qurumların nümayəndələri ilə görüş tələb edirlər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az