"Ermənistan tərəfinin öz itkilərini gizlətməkdə əsas məqsədi....." ÖZƏL-MÖVQE

"Ermənistan tərəfinin öz itkilərini gizlətməkdə əsas məqsədi....."  ÖZƏL-MÖVQE

“Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparmasında əsas məqsəd Ermənistana, eyni zamanda Dağlıq Qarabağ ərazisinə gətirilən terror təşkilatlarının nümayəndələrinin leqallaşdırılmasıdır”. Bunu SİA-ya millət vəkili Arzu Nağıyev deyib.

“Burada heç də adi vətəndaşlardan söhbət getmir. Düzdür, bu proseslər miqrasiya məsələlərinə də təsir edən amildir. Lakin əsas məsələ Liviyada, Livanda, istərsə də Suriyada yaşayan guya erməni icmalarıdır. Onların gətirilməsi, daşınması və sonradan həmin o terror təşkilatlarının leqalizasiyasıdır. Bu, birinci dəfə deyil. Hətta Türkiyənın PKK-ya qarşı aparılan əməliyyatlarından sonra da belə bir proses davam edirdi. Həmçinin, Tovuz hadisələrində də Ermənistan tərəfinin öz itkilərini gizlətməkdə əsas məqsədi ondan ibarət idi ki, onların kimliyi məlum olmasın. Yəni orada da muzdlu dəstələrlə bərabər, eyni zamanda, xaricdən gətirilmə terror təşkilatlarının üzvləri var idi. Burada birmənalı şəkildə məram və məqsəd həmin muzdluların adi vətəndaş adı altında leqallaşdırılmasıdır”-deyə, A.Nağıyev fikrini tamamlayıb.

Mənbə: sia.az