Svetlana Tixanovskaya: "Lukaşenko istefa versə təhlükəsizliyinə zəmanət veriləcək"

Svetlana Tixanovskaya: "Lukaşenko istefa versə təhlükəsizliyinə zəmanət veriləcək"

Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya yeni açıqlama yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tixanovskaya Lukaşenkonun istefa verəcəyi təqdirdə hadisələrin necə cərəyan edəcəyi barədə sualları cavablandırıb. O bildirib ki, Belarus prezidenti sülh yolu ilə vəzifəsini təhvil verəcəyi təqdirdə onun təhlükəsizliyi üçün təminat verilə bilər:

“Bu müzakirə edilə bilər. Əlbətdə dinc yolla getsə, belə bir ehtimal var, hətta dəqiq şəkildə zəmanət veriləcəyini deyə bilərəm. Mən bu barədə müzakirələr aparmalıyam, bütün insanların fikri önəmlidir və nəzərə alınacaq”

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərindən sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb. On minlərlə insan Lukaşenkonun seçkiləri saxtalaşdırdığını və hakimiyyətdən getməyini istəyirlər.

Mənbə: www.yeniavaz.com