Tramp qərarlarını müdafiə edib

Tramp qərarlarını müdafiə edib

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp koronavirus pandemiyasına reaksiyası ilə bağlı ona qarşı səsləndirilən ittihamları rədd edib.

“Prezident və Xalq” verilişində çıxışı zamanı Tramp bildirib ki, virusla bağlı vəziyyətin ciddi olduğuna heç vaxt etinasız yanaşmayıb, əksinə, riskin böyük olduğunu deyib.

“Hansısa tədbirin görülməsi üçün ciddi mövqe sərgilədim. Atdığım addımlar çox ciddi idi. Çinə və Avropaya qadağa qoydum. Bu qadağalar olmasa idi, daha çox insan itkisi ilə üzləşə bilərdik” – deyə Tramp vurğulayıb.

Müxalif demokrat partiyası Trampın, xüsusilə, maskadan nadir hallarda istifadə etməsini dəfələrlə tənqid edib.

Mötəbər rəy sorğularu Ağ Ev liderinin virusa qarşı mübarizəsi fəaliyyətində reytinq itirdiyini göstərib.

Bu, onun qarşıdakı seçkilərdə qalib gəlmək şansını da azaldıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları koronavirusun ən çox yayıldığı ölkədir.

Burada 6.7 milyondan çox insan virusa yoluxub.

200 197 nəfər virusdan vəfat edib.

Mənbə: www.realtv.az