Makron Aralıqda ciddi səhvlər edir - Politoloq

Makron Aralıqda ciddi səhvlər edir - Politoloq

Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizi mövzusunda heç nə bilmir.

Axar.az xəbər verir ki, bunu fransalı politoloq Şarl Sent-Prot “Anadolu” agentliyinə açıqlamasında deyib.

“Aralıq dənizi ölkəsinə (Türkiyə) düşmənçilik edib, bu dənizə çıxışı olmayan ölkələri (Rusiya, BƏƏ, ABŞ) dəstəkləmək düzgün deyil. Fransa Türkiyə ilə razılaşmağa çalışmalıdır. Mübahisələr ola bilər, amma hazırda Makron və Fransa hökuməti türklərə qarşı kin saxlayır. Bu anlaşılmazdır və Fransanın Aralıq dənizindəki mövqeyinə yaraşmır. Makron bölgədə Yunanıstanı dəstəkləməklə səhv edir. Burada əsas məsələ Fransanın maraqları olmamalıdır. Bununla Paris dialoqu seçən və tərəfləri bir-birilərinə yaxınlaşdıran ölkə olmaq şansını itirir”, - politoloq bildirib.

Mənbə: axar.az