Ermənistanda polis rəisi təkcə təyin etdiyi rəisi yox, həmçinin müavini işdən azad etməyə məcbur olub

Ermənistanda polis rəisi təkcə təyin etdiyi rəisi yox, həmçinin müavini işdən azad etməyə məcbur olub

Bir ay boyunca, bütün iyul ayı ərzində Ermənistanın Qafan rayonunun polisində qarışıq vəziyyət hökm sürüb.
“Hraparak” nəşri yazır ki, rəis və rəisinin əməliyyat üzrə müavini Davit Surenyanın vəzifədən azad olunması ilə vəziyyət sakitləşib.

Məsələ burasındadır ki, iyulun 16-da Ermənistanın polis rəisi Vahe Qazaryan yaxını, irəvanlı Senik Yeranosyanı Qafanın şöbə rəisi təyin edib. Yeranosyan buna qədər Sünikin rəisi olub. Qafanın rəisi təyin olunan kimi şöbədə kabus başlayıb.

Polislərin sözlərinə görə, “gəlmə” təkcə Qafanın özəlliklərini yox, həmçinin öz sahəsini də bilməyib. Tezliklə sahədən anlayışı olan müavin və onun rəisi arasında ciddi, davamlı ziddyətlər və gərginlik yaranıb.

Şəxslərarası gərginlik işi iflic edib, buna görə də Ermənistanın polis rəisi təkcə təyin etdiyi rəisi yox, həmçinin müavin Davit Surenyanı da işdən azad etməyə məcbur olub.

Alpər Mövludoğlu

Mənbə: ordu.az