Razılaşma zamanı bura raketlə vuruldu - Netanyahu

Razılaşma zamanı bura raketlə vuruldu - Netanyahu

İsrailin Vaşinqtonda Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə sülh müqaviləsi imzalaması zamanı Fələstin radikalları Qəzza zolağından ölkəyə bir neçə raket zərbəsi endirib. Onların məqsədi Təl-Əvivlə ərəb ölkələrinin münasibətlərinə nifaq salmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Fələstin terrorçularının bu addımına təəcüblənmədim, çünki radikalların hansısa təxribata əl atacaqları gözlənilən idi. Bütün cəhdlərinə baxmayaraq, onlar istədiklərinə nail ola bilməyəcəklər”, - Netanyahu bildirib.

Mənbə: axar.az