Monteneqrodakı etnik azlıqların partiyaları yeni hökumətə daxil olmaq niyyətindədirlər

Bakı, 16 sentyabr, AZƏRTAC

Monteneqroda bu yaxınlarda keçirilən və cüzi fərqlə müxalifət koalisiyasının qalib gəldiyi parlament seçkilərindən sonra indi gündəlikdə duran əsas məsələ yeni hökumətin formalaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, kiçik Balkan ölkəsindəki etnik azlıqların partiyaları bu prosesdə iştirak etmək niyyətlərini bildiriblər. Bununla bağlı paytaxtda bu gündən partiyalararası məsləhətləşmələr başlanacaq. Buraya Serbiya partiyası, etnik albanlar birliyi və Bosniyalılar partiyası daxildir. Bütün bu partiyalar arasında ölkənin gələcək vektoruna baxışlarda fərq olmasına baxmayaraq, onlar hökumətin sıralarına qəbul olunmaq niyyətindədirlər.

Parlament seçkilərinin rəsmi nəticələrinə müvafiq olaraq “Monteneqro uğrunda qətiyyətlə! Sosialistlərin Demokrat Partiyası – Milo Cukanoviç” koalisiyası yeni çağırış parlamentdə 30 yer, “Monteneqronun gələcəyi naminə” – 27, “Millətimizə sülh” koalisiyası - 10, “Qara və ağ” platforması isə 4 yer əldə edib. Sosial-demokratlar və Bosniya partiyası hərəyə 3 deputat yeri qazanıb. Monteneqronun “Nik Geloşay-Gençi Nimanbequ” alban icmasının və “Həmrəylik” koalisiyasının hər biri yeni çağırış qanunvericilik orqanında bir nümayəndə ilə təmsil olunacaqlar.

Etnik partiyaların hökumətə daxil olmaq üçün dəvət alıb-almayacağı isə bu gün başlayacaq məsləhətləşmələrin yekunlarına əsasən məlum olacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Makron Aralıqda ciddi səhvlər edir - Politoloq

SONRAKI XƏBƏR

Rusiyanın "1 nömrəli skinhed"i özünü öldürdü