Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü Türkiyə KİV-lərinin diqqətində

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü Türkiyə KİV-lərinin diqqətində

Ankara, 16 sentyabr, AZƏRTAC

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı, eləcə də bu münasibətilə dövlət başçılarının bir-birinə yazdıqları məktub qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlıq nümunəsi və örnək kimi təqdim edildiyi məqalələr və reportajlar Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, A HABER, NTV televiziya kanalları, eləcə də “Star”, “Yeni çağ”, “Yeni şafaq”“Milliyet” və digər qəzetlər tərəfindən yayılıb.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və digər vəzifəli şəxslər, həmçinin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesablarında Bakının düşmən işğalından qurtuluşunun 102-ci ildönümü münasibətilə təbriklər paylaşıblar. Paylaşımlarda Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirlər əks olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az