Rus əsgərləri Belarusa daxil oldu

Rus əsgərləri Belarusa daxil oldu

Rusiya Müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi hərbi heyət Belarusun paytaxtı Minskə gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb. Açıqlamaya görə, səfərin məqsədi Rusiya ilə Belarus arasındakı hərbi əməkdaşlıqla bağlı məsələlərin müzakirə edilməsidir.

Xatırladaq ki, Rusiya ilə Belarus arasında Bretsk poliqonunda 14 sentyabrda "Slavyanskoye Bratsvo-2020" (Slavyan Qardaşlığı) təlimi başlayıb.

Mənbə: yenisabah.az