“Faşizmə qarşı mübarizə aparan soydaşlarımızla bağlı komissiya yaradılmalıdır”

“Faşizmə qarşı mübarizə aparan soydaşlarımızla bağlı komissiya yaradılmalıdır”

Dilavər Əzimli: “Onlara qarşı edilən ədalətsizliyin ortadan qaldırılması atalarımızın, babalarımızın ruhuna sayğı olar”

Xəbərverdiyimiz kimi, ölkə başçısı bugünkü çıxışında sovet dönəmində Azərbaycanaqarşı ciddi haqsızlıqlar edildiyinə diqqət çəkib. Prezident xüsusilə qeyd edibki, sovet vaxtı faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərən bir çox azərbaycanlıyaqarşı ədalətsiz münasibət sərgilənib, onların təltif edilməsində süni əngəlləryaradılıb.

 

 

 

Bütün buamilləri nəzərə alaraq sovet dönəmindəki bir çox məsələlərin, eləcə də azərbaycanlılarınfaşizməqarşı mübarizədə iştirakının yenidən araşdırılmasına, yeni tarixi baxışınortaya qoyulmasına ehtiyac varmı?

Moderator.az-a açıqlama verənAMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq DilavərƏzimli ölkə başçısının açıqlamasının önəminə diqqət çəkdi:

“Cənab Prezidentin həminçıxışına diqqətlə qulaq asmışam. Çox vacib bir məqama toxundu. Mən dəfələrləbu barədə münasibət bildirmişəm. Çünki bir tarixçi kimi, vətəndaş kimi İkinciDünya müharibəsində Azərbaycana olan ögey münasibəti dərindən izləmişəm. İkinciDünya müharibəsində Azərbaycandan vuruşan qəhrəmanlara qarşı ögey münasibəti dərindənöyrənmişəm. Həmişə düşünmüşəm ki, məsələn, İkinci Dünya müharibəsində Leninqradgöylərində qəhrəmanlıqlar törədən, dəfələrlə döyüş yoldaşlarını həlak olmaqdanxilas edən, on yeddi yara alsa da, döyüşdüyü hərbi uçağı sağ-salamat özlərinə məxsushava limanına gətirən Hüseynbala Əliyeva nəyə görə “Sovet İttifaqı Qəhrəmanı”adı verilməyibdir. Onun qəhrəmanlığı o qədər əfsanəvi olub ki, məcbur olub“Lenin ordeni” veriblər. Belə qəhrəmanlarımız çox olubdur. Onlara qarşı çox ədalətsizdavranıblar. Məsələn, mənim atam İkinci Dünya müharibəsində iştirak edibdir.1939-cu ildən döyüşlərdə iştirak etmişdir. Onun sənədlərini araşdıranda onaqarşı baş verən ədalətsizliyin şahidi oldum. Onun sənədləri arasında özününkomandirinin məktubu vardı. O məktubda göstərilirdi ki, sizi, yəni atam nəzərdətutulurdu, qəhrəmanlığa təqdim etdim, amma söz versələr də, əməl etmədilər.Atam İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşmüşdü.

Bu gün Cənab Prezidentinbu məsələdə mövqeyi əsl vətəndaş mövqeyidir. Onu dəstəkləyənlərdən biri də mənəm.Buna görə də bu məsələ ilə bağlı mütləq hansısa komissiya yaratmaq lazımdır ki,bu işlərlə məşğul olsun. Onda çox həqiqətlər üzə çıxacaqdır. Bu həm də İkinciDünya müharibəsində qəhrəmanlıq göstərib, ancaq qiymətləndirilməyən, dünyasınıdəyişmiş insanlarımızın ruhuna bir sayğı da olardı”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az