Putin hipersəs silahlarından danışdı: "ABŞ bizi məcbur etdi ki..."

Putin hipersəs silahlarından danışdı: "ABŞ bizi məcbur etdi ki..."

ABŞ-ın 2002-ci ildə Balistik Raket Əleyhinə Müqavilədən çıxması Rusiyanı hipersəs silah hazırlamağa vadar edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.

Putin “NPO Maşinostroyeniya” Raket Dizaynı Bürosunun Fəxri Baş Katibi Gerbert Yefremovla video-konfrans yolu ilə gerçəkləşdirilən iclasda çıxış edib. O, bildirib ki, ABŞ-ın gələcəkdə bütün nüvə potensiallarını sıfırlaya biləcək, zərərsizləşdirəcək strateji raket müdafiə sistemi quraşdırmasına cavab olaraq bu tip silahlara sahib olmaq məcburiyyətində qalıblar.

Rusiya lideri hazırda ölkəsinin tarixində ilk dəfə ən müasir silahlara sahib olduğunu qeyd edib.

Zümrüd

Mənbə: publika.az