Danimarkada COVID-19-a rekord yoluxma qeydə alınıb

Danimarkada COVID-19-a rekord yoluxma qeydə alınıb

Stokholm, 20 sentyabr, AZƏRTAC

Sutka ərzində Danimarkada koronavirusa 589 yeni yoluxma halı qeydə alınıb. Bu, fevralın sonunda ölkədə koronavirus yayılmağa başlayandan bəri ən çox yoluxma halı sayılır.

Mövcud vəziyyət Danimarka hökumətini yeni təşəbbüslər irəli sürməyə məcbur edib. Bar, restoran və kafelərin saat 22:00-dan gec olmayaraq bağlanması nəzərdə tutulur. İctimai yerlərdə toplanmasına icazə verilən şəxslərin sayındakı məhdudiyyət də sərtləşdirilib.

Vətəndaşlara imkan daxilində evdə çalışmaları tövsiyə edilir. Hökumət pik saatlarda ictimai nəqliyyatdan istifadə etməməyə və sosial məsafəni qorumağa çağırır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az