Prezident küçələrdən siqaret kötükləri topladı

Prezident küçələrdən siqaret kötükləri topladı

Estoniya Respublikasının prezidenti Kersti Kalyulayd ölkənin Pyarnu şəhərinin küçələrində siqaret kötüklərini toplayarkən görünüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Estoniya rəhbəri “Dəniz burdan başlayır” kampaniyası çərçivəsində 15 dəqiqə əsl iməcilik fəaliyyəti həyata keçirib.
Dövlət başçısı ölkənin ən təmiz şəhərlərindən hesab olunan Pyarnudakı vəziyyətdən dəhşətə gəldiyini söyləyib.

Kersti Kalyulayd olduqca qısa müddət ərzində onlarla siqaret qalığını yerlərdən topladığını bildirib:
“Əsl iyrənclikdir. Siqaretlər hələ də dünya üçün ən böyük təhdid olmağa dava edir. Onlar dəniz canlılarını zəhərləyir, oradan mikroplastik maddələr bizim masalarımıza, yəni orqanizmimizə daxil olur. Ona görə də “Dəniz buradan başlayır!”.

Mənbə: modern.az