Makron çağırış etdi - Ərdoğandan cavab

Makron çağırış etdi - Ərdoğandan cavab

Türkiyə 2 min illik keçmişi olan köklü və qədim dövlətdir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makrona cavab olaraq deyib.

“Hər hansı bir kompleksə qapılmadan yaşadığımız bütün proseslərə ləyaqətli və yetkin şəkildə cavab veririk. Eyni zamanda, Türkiyəni təxribata çəkən ifadələrlə heç vaxt maraqlanmırıq. Hər səmimi çağırışı dinləyərək diplomatiyaya mümkün qədər çox yer vermək və problemləri dialoq yolu ilə həll etmək niyyətindəyik. Türkiyənin bir damla suyunu da, bir qarış torpağını da bu metodla qorumağa sona qədər davam edəcəyik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Makron türk dilində Ankaraya dialoq mesajı göndərib.

Mənbə: axar.az