Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır

Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır

ABŞ Prezidenti Donald Tramp bu il namizəd göstərildiyi Nobel Sülh Mükafatını almağa layiq olduğunu söyləyib.

Publika.az-ın məlumatına göər, ABŞ Prezidenti bunu Serbiya ilə Kosovo arasında on illərdir davam edən qırğınları dayandıran razılaşmaya nail olmaqla əsaslandırıb.

"Növbəti hekayənin Nobel Sülh Mükafatı olacağına əminəm. Kosovo ilə Serbiya arasındakı qətliamları dayandırırıq. Onlar uzun illərdir bir-birlərini öldürürlər. Artıq qətliamı dayandıracaqlar. Dedim, cənablar, gəlin bir araya gələk. Bilirsiniz ki, yüzlərlə ildir bunu müxtəlif adlarla edirlər", - Tramp qeyd edib.

Mənbə: publika.az