Azərbaycan Təkamül Partiyasının videokonfrans formatında V qurultayı keçirilib

Azərbaycan Təkamül Partiyasının videokonfrans formatında V qurultayı keçirilib

Bu gün Azərbaycan Təkamül Partiyasının videokonfrans formatında V qurultayı keçirilib.

Qurultayda partiyanın sədri Teyyub Qənioğlu IV qurultayından keçən dövr ərzidə ATP-nin fəaliyyəti, Mərkəzi Nəzarət Komissiyasının sədri Səbri Babayev isə MNK-nın fəaliyyəti ilə bağlı geniş hesabat vermişlər.

Qurultayda Teyyub Qənioğlu yenidən ATP-nin sədri, Səbri Babayev MNK-nın sədri seçilmişlər. Qurultayda eləcə də, ATP-nın 21 nəfərdən ibarət Mərkəzi Şurası seçilmişdir. T.Qənioğlunun təklifi ilə qurultayda həmçinin MŞ-nın I iclası keçirilmiş, Siyasi Büronun üzvüləri və MŞ-nın katibləri seçilmişlər. Bununla da ATP-nin V qurultayı öz işinə yekun vurmuşdur.

Mənbə: moderator.az