"Əgər insan xatırlanırsa, deməli, yaşayır..." - Fəxriyyə Xələfova

"Əgər insan xatırlanırsa, deməli, yaşayır..."  - Fəxriyyə Xələfova

Moderator.az xəbər verir ki, bu gün görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın doğum günüdür.

Alimin qızı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Fəxri xiyabanda anasının qəbirüstü abidə kompleksini ziyarət edib.

Fəxriyyə Xələfova anası barədə öz xatirələrini bölüşüb:

"Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abidələşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır."

 

 

Mənbə: moderator.az