ABŞ İrana qarşı sanksiyaları bərpa etdi - Pompeo Tehrana kömək edəcək ölkələri də hədələdi

ABŞ İrana qarşı sanksiyaları bərpa etdi - Pompeo Tehrana kömək edəcək ölkələri də hədələdi

Amerika Birləşmiş Ştatları 2015-ci ildə imzalanmış nüvə anlaşmasına qədər İrana qarşı tətbiq olunan sanksiyaları yenidən bərpa edib.

Dövlət katibi Mayk Pompeo bildirib ki, Tehran nüvə anlaşması üzrə öhdəlikləri yerinə yetirməyib. Bu üzdən Vaşinqton bu gündən etibarən BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan sanksiyaları bərpa etmək məcburiyyətində qalıb. “BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi İranın oktyabrın 18-dən bütün növ adi silahları almasına gətirib çıxara bilərdi” – deyən diplomat, ABŞ-ın buna imkan verməmək üçün bütün lazımi addımları atdığını vurğulayıb. Sanksiyalara silah embarqosuyla yanaşı, uranın zənginləşdirilməsi bə istehsalı, ballistik raketlərin istehsalı və sınaqları və həmçinin, İrana nüvə raket texnologiyalarının ötürülməsi də daxildir.

Pompeo öhdəlikləri yerinə yetirməyən ölkələri də sanksiya ilə hədələyib.

Mənbə: www.atv.az