Prezident: "Biz onunla şərt dili ilə danışmaq istəsək, onu siyasi ömrü çox çəkməyəcək" (VİDEO)

"Ermənistanın Baş naziri bizə yeddi şərt qoyur. Sən kimsən ki, bizimlə şərt dili ilə danışırsan? Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onu siyasi ömrü çox çəkməyəcək".

Demokrat.az-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı həmin müsahibədə Qarabağ münaqişəsi və bu konfliktin ətrafında yaranmış gərgin vəziyyətlə bağlı açıq mesajlar verib.
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə qəti şəkildə xəbərdarlıq edərək, işğalçı ordunu Azərbaycan torpaqlarından qeyd-şərtsiz tam şəkildə tərk etməyə çağırıb. Həmçinin, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı mövcud qətnamələrinin yerinə yetirilmədiyini xüsusi vurğulayıb.
Ölkə başçısı erməni tərəfinin yeni müharibəyə hazırlaşdığını deyib:
"Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər. Bu qədər deyə bilərəm, bundan artıq deyə bilmərəm".

 

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

SONRAKI XƏBƏR

"Mançester Siti"nin yeni kapitanı bəlli oldu