Nikol Paşinyanın silah "bazar"lığı - VİDEO

Nikol Paşinyanın silah "bazar"lığı - VİDEO

Dırnaqarası "xalqın baş naziri” Nikol Paşinyanın gəmisi korrupsiya, koronavirus pandemiyası ilə mübarizədə səmərəsizlik və xroniki büdcə qıtlığı burulğanına düşüb. Siyasi rəqiblərin zərərsizləşdirilməsinə qarşı hökumət güc strukturlarından istifadə edir. Bunun arxasında isə müxalifəti həbslə hədələyərək qorxutmaq məqsədi dayanır. Nikol Paşinyanın baş nazirliyinin son iki ilində təhlükəsizlik qüvvələrinin rəhbərləri üç dəfə dəyişdirilib. Görünür ki, Milli Təhlükəsizlik Xidməti və polis onun inqilabi tapşırıqlarını tam yerinə yetirmir.

Baş nazir tərəfindən korrupsiya ittihamı kampaniyasında, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan tutulub. Video müraciətlərində Minasyan Paşinyanı, ailə üzvlərini və yaxınlarını Ermənistan iqtisadiyyatının yüksək gəlirli əhəmiyyətli sahələrində korrupsiya sxemlərini həyata keçirməkdə günahlandırır. Bundan əlavə, söhbət xüsusi olaraq tütün məhsullarının qaçaqmalçılığı, silah ticarəti kimi cinayət fəaliyyətlərindən gedir. Silahların yenidən satışı ilə saxtakarlıq ittihamları birbaşa Ermənistanın əsas hərbi-siyasi müttəfiqi Rusiyanın maraqlarına zərbə vurur.

Rusiya ilə Ermənistan arasındakı təhlükəsizlik əməkdaşlığı bir çox səbəbdən spesifikdir. Ermənistan ərazi baxımından kiçik imkanlara sahibdir. Münaqişələr və ya münaqişə təhlükəsi demək olar ki, bütün qonşu ölkələrdən qaynaqlanır. Bu şərtlərdə Rusiya ilə ittifaq Ermənistan üçün çox vacibdir. Moskva öz müttəfiqinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təhlükəsizliyinin qarantıdır və öhdəliklərini tam şəkildə yerinə yetirir. 102-ci Hava-Desant Qüvvələri bazası Ermənistanın Gümrü şəhərində yerləşir. Ermənistan Silahlı Qüvvələrinin korpuslarından biri birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının tərkib hissəsidir. Uzun illərdir ki, Rusiyadan Ermənistana silah tədarükü Rusiya daxili qiymətlərlə və hətta Rusiyanın verdiyi kredit əsasında, yəni praktik olaraq pulsuz həyata keçirilir.

2018-ci ilin mayında Nikol Paşinyan hakimiyyətə gələndə, Rusiya ilə münasibətlərdə gözlənilməzlik dövrü başladı. Gündəmdəki həll olunmamış məsələlərin siyahısı günbəgün böyüyür. Cənubi Qafqaz Dəmir Yolunun cinayət təqibi və eyni zamanda Qazprom-dan erməni istehlakçıları üçün güzəştli qiymət tələbi.

Hər şey Minasyanın Ermənistan hökumətinin iştirak etdiyi qanunsuz beynəlxalq silah ticarət sxemlərindən bəhs edən növbəti videomüraciəti ilə başlayıb. Ermənistanın daxili prosesləri barədə məlumatı olan Minasyan, bu işdə David Qalstyan adlı birinin rolunu vurğulayıb.
Minasyanın sözlərinə görə, o, bu əməliyyatları aparmaq səlahiyyətini şəxsən Paşinyandan alıb: “Baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyi vasitəsi ilə David Qalstyana ölkə adından təxminən 100 növ silah sifariş etmək imtiyazını verir. Ondan sonra Ermənistan, məsələn, bu 100 növdən 60-nı Qalstyandan alır. Silahların pulu ödənildikdən sonra onlar Ermənistana gətirilir. Sənədlərlə bağlı hər şey qaydasındadır, ancaq bir istisna var: əvvəlcə sifariş verilmiş, lakin pulu ödənilməyən 40 növ silah David Qalstyan tərəfindən üçüncü ölkə kimi müqaviləsi olan dövlətlərdən birinə birbaşa Rusiyadan göndərir. Bu üçüncü ölkədən silahlar dördüncü bir ölkəyə çatır”. Minasyan deyir.

David Qlastyanın adı uzun müddətdir ki, münaqişə bölgələrində silahların qanunsuz daşınması və satışı barədə xəbərlərdə yer alır. Belə ki, Qalstyan və onun çoxsaylı şirkətlərindən BMT Təhlükəsizlik Şurasının hesabatlarından birində, Liviyaya və daha sonra Suriyaya silah tədarükü - Əsəd hökumətinə qarşı çıxan adı açıqlanmayan qruplara, Ukrayna prezidenti Petro Poroşenkonun offşor şirkətinin hesabına olan ödənişlərdə və bir çox məhkəmə sənədlərində də bəhs olunur.

Yəni, hökumətin himayəsi altında Qalstyan, müttəfiqlik öhdəliklərinə uyğun olaraq Rusiya tərəfindən verilən endirimlərdən istifadə edərək hərbi məhsulları üçüncü şəxslərə satır. Rusiyanın Ermənistana növündən asılı olaraq daxili qiymətlərlə silah tədarük etdiyini nəzərə alsaq, bu endirimlər dünya qiymətləri ilə müqayisədə 15-40 faizə bərabər olur. Son bir neçə ildə Rusiyanın Ermənistana 300 milyon dollarlıq silah krediti ayırdığını nəzərə alsaq, Rusiya büdcəsinə 60-90 milyon dollar arası daha az vəsait daxil olub.

Bundan sonra baş nazirin büdcədənkənar iş planlarının donması, 2019-cu ildə David Qlastyanın Rusiyada 10 il müddətinə arzuolunmaz şəxs elan edilməsi ilə erməni elitasının silahlanması ilə bağlı məlumatlar KİV-ə ötürülməyə başladı.

Ermənistanın yeni hakimiyyəti sələflərinin saxtakarlığını inkar etməklə məşğuldur. Belə olan halda sual olunur. Nə üçün Paşinyan Qalstyanın qovulması ilə bağlı məsələni tənzimləmək əvəzinə, hərbi məsələlər üzrə köməkçisi Arşak Karapetyanı gizli şəkildə Moskvaya göndərib.

Ermənistanın auditor palatasının rəsmi hesabatına əsasən ölkənin qeydiyyatda olan 28 təyyarəsindən 10-u yük aviadaşımaları məqsədilə Cənubi Sudanda və Çadda olub.

Aydın məsələdir ki, ermənistan təyyarələri adı çəkilən ölkələrdə narıngi daşımaq üçün uçmayıb. Və bu proseslər 2019-cu ildə məxməri inqilabdan sonra baş verdi.

Elə həmin ildə Ermənistanın Mars Avia şirkətinin təyyarəsi Moqadişo aeroportuna məcburi qəza enişi edib. Çox güman ki, dırnaqarası qəza enişi səbəbinin altında silah-sursat daşımaq məqsədi olub.

Silah ticarətində xüsusi xidmət orqanlarının sabiq rəhbəri David Şahnazaryanın da adı hallanır. Rusiyadan qovulmuş Qalstyan isə Paşinyanla birgə Ermənistanla müştərək şəkildə inşa etdirilmiş Kalaşnikov zavodunun rəsmi açılış mərasimindəiştirak edib.

Bütün bunlar ona işarə edir ki, Paşinyan işlək mexanizmi idarəçiliyi altına alaraq əldə etdiyi qazancı legitim hala gətirməyi düşünür.

Ona görə də Paşinyanın bu silahlardan hansı məqsədlərlə istifadə edəcəyi qeyri-müəyyən olaraq qalır. Nikolun yürütdüyü xarici siyasətin Rusiyaya zərər vurmayacağı ilə bağlı heç bir zəmanət yoxdur. Ermənistan hakimiyyəti tərəfdaş seçməkdə naşı olduğu üçün Rusiya istehsalı olan silahlar rahat şəkildə təsadüfi əllərə keçə bilər. Bu isə Rusiyanın beynəlxalq maraqları üçün təhlükə deməkdir. Məsələn bu silahların münaqişə ocağı olan yaxın şərqdə elə Rusiya hərbçilərinə qarşı istifadə olunmayacağını kim iddia edə bilər. Ermənistanın silah ticarətini şaxələndirməsi yeni mərhələyə qədm qoyur. Paşinyan korrupsiya adı ilə yerli oliqarxlardan topladığı milyonlarla dollar vəsait guya ordunun maddi texniki bazasının gücləndirilməsinə yönləndirilib. Həmin pullarla İordaniyadan 35 modern zenit-raket kompleksi alınıb. Elə bu ticarətdə meydana çıxan rəqəmlər və silahların keyfiyyəti bəzi sualların yaranmasına gətirib çıxarıb. Ekspertlərin fikrincə sözü gedən silahların təzəsi İordaniyada mövcud deyil, demək ki, Paşinyan istismar müddətini keçmiş silahlara pul xərcləməklə, yaxud pul silməklə məşğuldur. Buna görə də silah ticarəti ilə bağlı öz planları olan Paşinyan Ermənistanda Rusiyanın silah ticarətində inhisarçı olduğu görüntüsünü yaratmağa çalışır.

Mənbə: www.realtv.az